Maduro həbsxanada Quran oxumağa başladı – İslamı qəbul edib?

Hazırda oxunan: Maduro həbsxanada Quran oxumağa başladı – İslamı qəbul edib?

646790

ABŞ həbsxanasında saxlanılan Venesuela Prezidenti Nikolas Maduronun dini və fəlsəfi kitablara üz tutub, həyat yoldaşı Siliya Floresin isə səhhətinin kəskin şəkildə pisləşib.

Bizim.Media "The New York Times" (NYT) nəşrinə istinadən xəbər verir ki, siyasətçi boş vaxtının çox hissəsini Bibliya və Quranı oxumağa sərf edir, həmçinin iudaizmlə də maraqlanmağa başlayıb.

NYT yazır ki, həbsdə olduqları müddətdə Maduro və həyat yoldaşı Siliya Flores xeyli arıqlayıblar. Jurnalistlər Venesuela liderinin xanımının səhhətində ciddi problemlər olduğunu yazıblar.

Məlumata görə, həbs olunmazdan əvvəl uşaqlıq yolunun xaric edilməsi əməliyyatı keçirən Flores ABŞ həbsxanasında ürəktutması keçirib. Daha əvvəl onun vəkilləri "Associated Press" agentliyinə açıqlamalarında həbsxanada onun 11 kiloqramdan çox çəki itirdiyini bildirmişdilər.

Xatırladaq ki, Maduro və həyat yoldaşı bu ilin yanvarında xüsusi əməliyyatla tutularaq ABŞ-a aparılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin