2014-cü il dünya çempionatının qalibi, Almaniya millisinin sabiq futbolçusu Məsut Özil Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə saytın məlumatlarında bildirilir.
İdmançıya qarşı Rusiyanın xüsusi hərbi əməliyyatının (SVO) keçirilməsinə dəstək vermək ittihamı irəli sürülüb. Buna səbəb Özilin FİFA və UEFA-nı Rusiya milli komandalarının və klublarının yarışlardan kənarlaşdırılması, İsrail komandalarına münasibətdə isə təşkilatların hərəkətsiz qalması məsələsində ikili standartlardan imtina etməyə çağırması olub.
Özilin 38 yaşı var. O, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurub. Onun son klubu Türkiyənin “İstanbul Başakşehir” komandası olub.
Yarımmüdafiəçi karyerası ərzində İspaniyanın “Real Madrid”, İngiltərənin “Arsenal”, Türkiyənin “Fənərbağça”, Almaniyanın “Şalke” və “Verder” klublarında da çıxış edib.
“Real Madrid”in heyətində İspaniya çempionluğunu, ölkə kubokunu və Superkubokunu hərəyə bir dəfə qazanıb. “Arsenal”la İngiltərə Kubokunun dördqat qalibi olub. “Verder”in heyətində isə Almaniya Kubokunu qazanıb.
Özil Almaniya millisində 92 oyun keçirib, 23 qol vurub və 40 məhsuldar ötürmə edib. Onun aktivində 2010-cu il dünya çempionatının bürünc medalı da var.
Qeyd edək ki, “Mirotvorets” ekstremist saytı 2014-cü ildə yaradılıb. Saytda jurnalistlər, incəsənət nümayəndələri və siyasətçilər də daxil olmaqla, Krıma, Donbasa səfər etmiş və ya saytın yaradıcılarının hər hansı digər səbəbdən mənfi qiymətləndirdiyi şəxslərin qanunsuz yollarla toplanmış şəxsi məlumatları yerləşdirilir.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:44 / 09.11.2026
Ukrayna türkiyəli futbolçunu qara siyahıya saldı
Hazırda oxunan: Ukrayna türkiyəli futbolçunu qara siyahıya saldı
Hazırda oxunan: Ukrayna türkiyəli futbolçunu qara siyahıya saldı
646857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































