Pol Makkartni Ukraynaya dəstək üçün xeyriyyə konsertində iştirak edəcək - Foto

Hazırda oxunan: Pol Makkartni Ukraynaya dəstək üçün xeyriyyə konsertində iştirak edəcək - Foto

646842

Böyük Britaniyada Ukraynaya dəstək məqsədilə “Songs of Freedom” adlı irimiqyaslı xeyriyyə konserti keçiriləcək. Tədbirdə Pol Makkartni, Barbra Streyzand və Şon Penn kimi dünya şöhrətli şəxslər də iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, “The Telegraph”ın məlumatına görə, konsert 2027-ci il fevralın 3-də Mançesterdəki “Co-op Live” arenasında təşkil olunacaq.

Səhnəyə Bob Geldof, “Madness”, “The Doobie Brothers”, Kris Hynd və digər ifaçılar çıxacaqlar. Pol Makkartni və Barbra Streyzand isə tədbirə videobağlantı vasitəsilə qoşulacaqlar.

Konsertdən əldə olunan vəsait Ukraynaya yardım göstərən dörd xeyriyyə təşkilatına, o cümlədən UNITED24-ə və “Uşaqların Səsləri” fonduna yönəldiləcək.

Təşkilatçılar tədbiri 1985-ci ildə Efiopiyaya yardım məqsədilə keçirilən məşhur “Live Aid” konserti ilə müqayisə edirlər.

Pol Makkartni Ukraynaya dəstək üçün xeyriyyə konsertində iştirak edəcək - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin