Bir il ərzində 1207 film izlədi - Dünya rekordu qırdı

Hazırda oxunan: Bir il ərzində 1207 film izlədi - Dünya rekordu qırdı

646818

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 60 yaşlı Qlenvud adlı təqaüdçü bir il ərzində kinoteatrlarda 1207 film izləyərək dünya rekorduna imza atıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı”nın saytında məlumat verilib.

O, amerikalı Zaxariya Svuopun 777 filmlə müəyyənləşdirdiyi əvvəlki rekordu geridə qoyub. Qlenvud 2024-cü ilin aprelində başladığı sınaq müddətində gündə orta hesabla 3,3 film izləyib.

Kino həvəskarının sözlərinə görə, ən çox cizgi filmləri və komediyalar xoşuna gəlib. O, kinoteatrlarda limitsiz film izləməyə imkan verən aylıq 28 dollarlıq abunə kartından istifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin