Ermənistan İrana zəmanət verdi: “Tramp marşrutu”nda ABŞ hərbçiləri yerləşdirilməyəcək

Hazırda oxunan: Ermənistan İrana zəmanət verdi: “Tramp marşrutu”nda ABŞ hərbçiləri yerləşdirilməyəcək

646877

Ermənistan “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivəsində regionda ABŞ hərbçilərinin yerləşdirilməyəcəyinə dair İrana təminat verib.

Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqayi “Tasnim” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İrəvan həmçinin sərhədlərin dəyişməyəcəyinə və layihənin həyata keçirilməsində yalnız Ermənistan şirkətlərinin iştirak edəcəyinə zəmanət verib.

Baqayi qeyd edib ki, Tehran regionda nəqliyyat əlaqələrinin məhdudiyyətlərdən azad edilməsini dəstəkləyir. Lakin bunun üçün sərhədlərin və geosiyasi vəziyyətin dəyişməməsi vacibdir. O, Ermənistanla münasibətlərin yaxşı olmasına baxmayaraq, İranın prosesləri diqqətlə izləyəcəyini vurğulayıb.

Qeyd edək ki, 2025-ci ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan liderləri TRIPP layihəsi üzrə işlərin aparılmasına dair bəyannamə imzalayıblar. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirəcək avtomobil, dəmir yolu və neft-qaz infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin