Bu gündən Türkiyədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) start verilir.
Bizim.Media xəbər verir ki, tədbir Antalya şəhərində 1,1 milyon kvadratmetr (110 hektar) ərazidə təşkil edilib.
Azərbaycan COP31-də böyük nümayəndə heyəti ilə təmsil olunur, eyni zamanda, ölkənin COP29-dakı təcrübəsi bu beynəlxalq tədbirdə geniş tətbiq edilir.
Tədbir çərçivəsində dünya liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasətləri və həllə dair təklifləri müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurumun sədrliyi ilə keçiriləcək COP31-də ölkələrin hərəkətə keçməsini təmin edəcək "İcra COP"un reallaşdırılması planlaşdırılıb.
Tədbirdə 100 minə yaxın xarici qonağın, 1,5 milyon ziyarətçinin iştirakı gözlənilir.
Qeyd edək ki, COP31-ə sədrliyi Türkiyə icra edir, Avstraliya isə rəsmi iqlim danışıqlarını idarə edən "Danışıqlar Prezidenti" (President of Negotiations) rolunu üzərinə götürüb. BMT iqlim sammitləri tarixində ilk dəfə tətbiq olunan bu ikili idarəetmə modeli COP30 zirvəsi (Braziliya) zamanı iki ölkə arasında əldə edilən diplomatik razılaşma nəticəsində formalaşıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:10 / 09.11.2026
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
Hazırda oxunan: Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
Hazırda oxunan: Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
646813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































