Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb.
O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, hadisə zamanı avtomobildə olan şəxslər Bakıdan Cəbrayıla ziyarət məqsədilə gediblər.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:36 / 09.11.2026
Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ölən var
Hazırda oxunan: Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ölən var
Hazırda oxunan: Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ölən var
646830
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































