Xaçmazlı məktəb direktorunun bayraq sevgisi – Video

Hazırda oxunan: Xaçmazlı məktəb direktorunun bayraq sevgisi – Video

646826

Xaçmaz rayonunun Cığatay kəndində yerləşən ibtidadi ümumtəhsil məktəbinin direktoru Vəfa Musayeva nümunəvi addımı ilə diqqət çəkib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu il aprelin 5-də şimal bölgəsində yağan güclü yağışlar nəticəsində sözügedən məktəbin həyətini və zirzəmisini palçıq və lil suları basıb.

Səhəri gün məktəbə gələn direktor bayrağı məktəbin həyətindəki lilin içindən tapıb. Vəfa müəllimə lil və palçığa batmış bayrağı atmağa qıymayıb.

Onun parçalarını məktəbin həyətindəki su kranında yuyaraq evə aparıb. Bayrağı qurudub, cırılmış yerlərini isə dərziyə tikdirib. Daha sonra isə direktor bayrağı əvvəlki yerinə asıb.
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizim.mediaaz)

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin