Məşhur Hollivud aktyorunun beyni həkimlərə bağışlanacaq

Hazırda oxunan: Məşhur Hollivud aktyorunun beyni həkimlərə bağışlanacaq

646853

Frontotemporal demensiya ilə mübarizə aparan dünya şöhrətli aktyor Brus Uillisin səhhəti ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyorun zehni vəziyyəti getdikcə pisləşir.

Məlumatlara görə, həyat yoldaşı onun 24 saatlıq qayğı ilə əhatə olunmasını təmin etmək üçün böyük məbləğdə vəsait xərcləyir.

Bir vaxtlar Hollivudun ən sevilən ulduzlarından biri olan Brus Uillis uzun müddətdir ki, frontotemporal demensiya ilə mübarizə aparır. Əvvəlcə nitqə, sonra oxuyub-yazma bacarığına təsir edən xəstəlik getdikcə beyni tamamən ələ keçirir. 

71 yaşlı aktyorun səhhəti ilə bağlı son iddialar pərəstişkarlarını dərindən kədərləndirib. “Daily Mail” nəşrinə danışan mənbələr Uillisin zehni vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və onun artıq dünyadan təcrid olduğunu  bildiriblər. 

Hollivud ulduzunun həyat yoldaşı, aktyora 2022-ci ildə demensiya diaqnozu qoyulduqdan sonra, onun beynini "klinik tədqiqatlar" məqsədilə ianə etmək qərarına gəldiklərini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin