Paşinyan bu tarixdə Türkiyəyə gedəcək

Hazırda oxunan: Paşinyan bu tarixdə Türkiyəyə gedəcək

646825

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb.

Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvəti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən görüş zamanı təqdim edib. Həmin görüşdə tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini də müzakirə ediblər.

COP31 konfransı noyabrın 9-dan 20-dək Antalyada keçirilir. Dövlət və hökumət başçılarının görüşləri isə noyabrın 11-12-nə planlaşdırılıb.

Paşinyanın səfərinin İrəvan və Ankara arasında dialoqun inkişafında növbəti addım olacağı gözlənilir. Ermənistanın baş nazirinin Ərdoğanla ayrıca görüş keçirib-keçirməyəcəyi barədə hələlik rəsmi məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin