Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya ilə üçtərəfli danışıqlarda iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov məlumat verib.
Eyni zamanda, Əbu-Dabidə “E4” formatına daxil olan Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın nümayəndələri, həmçinin NATO və Avropa Komissiyasının təmsilçiləri də olacaq. Ukrayna tərəfi onlarla ayrıca görüşlər keçirəcək.
Umerov bildirib ki, Kiyevin əsas məqsədi sülhə nail olmaq, təhlükəsizlik zəmanətləri əldə etmək və müharibədən sonrakı bərpa üçün şərait yaratmaqdır.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti də Ukrayna və ABŞ ilə üçtərəfli danışıqlarda iştirak etmək üçün Əbu-Dabiyə yola düşüb. Bu barədə TASS məlumat yayıb.
Bizim.Media



































































































