Azarkeşlərə görə oyun təxirə salındı

Hazırda oxunan: Azarkeşlərə görə oyun təxirə salındı

646891

Niderlandın ikinci liqasında “Vitess” - “De Qraafşap” oyunu azarkeş etirazı səbəbindən təxirə salınıb.

Bizim.Media xəbər verir ki, "BBC"nin məlumatına görə, “De Qraafşap”ın tərəfdarları komandanın avtobusunun stadiondan çıxmasına mane olublar.
 

Etiraz “Vitess”in təhlükəsizlik səbəbindən qonaq azarkeşləri stadiona buraxmamaq qərarına qarşı yönəlib. Tərəflər qonaq sektorunun tutumunun azaldılması və təhlükəsizlik şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.


Niderland Futbol Assosiasiyası matçın keçirilməyəcəyini açıqlayıb və hadisəni intizam orqanlarına göndərib.

Görüşün yeni tarixi hələ müəyyənləşməyib. Qarşılaşmanın əvvəlki şərtlərlə keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin