Almaniyada Prezident postuna əsas namizəd bəlli oldu

Hazırda oxunan: Almaniyada Prezident postuna əsas namizəd bəlli oldu

646856

Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Ayqerin Almaniya prezidenti postuna namizədliyini dəstəkləyib.

Bizim.Media "Tagesspiegel" nəşrinə istinadən xəbər verir ki, Merts bu qərarını Berlində CDU nümayəndələri ilə keçirilən və Ayqerin də iştirak etdiyi görüşdə açıqlayıb.

İştirakçılar qərarın alqışlarla qarşılandığını bildiriblər.

Ayqer seçiləcəyi təqdirdə Almaniyanın ali dövlət postunu tutan ilk qadın və ilk Xristian-Sosial İttifaqı (CSU) siyasətçisi olacaq.

Xristian-Sosial İttifaqı və Almaniya Sosial-Demokrat Partiyası (SPD) da Ayqerin namizədliyini dəstəkləyib. Onlar birlikdə Federal Məclisdə (Bundesversammlung) çoxluğa malikdirlər.

Qeyd edək ki, daha əvvəl Almaniyanın sabiq kansleri Angela Merkel növbəti prezidentin qadın olmalı olduğunu bəyan etmişdi.

Məlumat üçün bildirək ki, Almaniyada prezident seçkiləri 2027-ci il yanvarın 30-da keçirilməlidir və dövlət başçısı Federal Məclis tərəfindən seçilir. Posta digər namizədlər arasında Bundestaqın sədri Yuliya Klökner və təhsil naziri Karin Prien də yer alsa da, əsas favorit məhz İlze Ayqer hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin