Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci oldu

Hazırda oxunan: Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci oldu

646835

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə oğlanlardan ibarət milli komandamız çempion olub.

Milli Olimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, komandamızın üzvlərindən Tunar Quliyev (70 kiloqram) və Elgün Kərimli (90 kiloqram) qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya çempionu adını qazanıblar. Nihad Süleymanlı (80 kiloqram) isə gümüş medala sahib çıxıb.

Azərbaycan komandası 70 xalla komanda hesabında birinci yeri tutub.

Gürcüstan komandası 61 xalla ikinci, Seneqal millisi isə 58 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin