“Real”ın sabiq hücumçusu Raul Qonsales İspaniyanın “Oviedo” klubunun baş məşqçi vəzifəsinə əsas namizəddir.
Bizim.Media xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
49 yaşlı mütəxəssis Madrid klubundan ayrıldıqdan sonra işsizdir. O, son 6 ildə “Real”ın ikinci komandası “Kastilya”ya rəhbərlik edib. “Oviedo” prezidentinin ona rəğbət bəsləməsi də bu təyinatda mühüm rol oynaya bilər.
Baş məşqçi postu Xulian Fernandes Kalero ilə müqaviləyə xitam verildikdən sonra boş qalıb. Onunla yanaşı, bütün məşqçilər korpusu da klubdan ayrılıb.
Qeyd edək ki, “Oviedo” hazırda İspaniya Sequndasında 13 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb. Komanda ötən mövsüm La Liqanı sonuncu pillədə başa vurub.
Raul 1994-2010-cu illərdə “Real”da çıxış edib. O, Madrid klubunun heyətində 741 oyunda 323 qol vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:14 / 09.11.2026
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Hazırda oxunan: Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Hazırda oxunan: Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
646879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































