Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Peter Magyar “X” sosial şəbəkəsində məlumat yayıb.
O bildirib ki, Milli Aktivlərin Geri Qaytarılması və İnformasiya Təhlükəsizliyi İdarəsi, eləcə də Milli İstintaq Bürosu hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Macarıstanın “Kontroll” nəşri daha əvvəl polis əməliyyatı zamanı bir neçə nəfərin saxlanıldığını, onların arasında Viktor Orbanın qardaşının da ola biləcəyini yazıb.
“Telex” nəşri də əməliyyat barədə məlumat versə də, Arон Orbanın saxlanıldığını təsdiqləyə bilməyib.
Viktor Orban isə hadisəni siyasi rəqibinin aradan götürülməsinə yönəlmiş addım adlandıraraq hökumətin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:50 / 09.11.2026
Viktor Orbanın qardaşı tutuldu
Hazırda oxunan: Viktor Orbanın qardaşı tutuldu
Hazırda oxunan: Viktor Orbanın qardaşı tutuldu
646876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































