2027-ci ildə Rusiyanın səkkiz regionunda əcnəbi vətəndaşların taksi sahəsində işləməsinə məhdudiyyətlərin tətbiqi planlaşdırılır. Müvafiq layihəni Rusiya Əmək Nazirliyi hazırlayıb.
Bizim.Media xəbər verir ki, məhdudiyyətlərin Mordoviya, Çuvaşıstan, Tatarıstan, Udmurtiya, Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərini, eləcə də Yəhudi Muxtar Vilayətini əhatə edəcəyi gözlənilir.
Bundan əlavə, Kaluqa vilayətində əcnəbilərin kuryer fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulması təklif edilir.
Hakimiyyət orqanları bu təşəbbüsü yol-nəqliyyat hadisələrinin çoxluğu, taksi sahəsində qanun pozuntuları, qanunsuz sahibkarlıq fəaliyyəti və sürücülərin inzibati cəzalardan yayınması halları ilə əsaslandırır.
Layihə artıq Rusiya Üçtərəfli Komissiyası tərəfindən təsdiqlənib. Sənədin qüvvəyə minməsi üçün baş nazir Mixail Mişustinin imzası tələb olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:20 / 09.11.2026
Rusiyada yaşayan miqrantlara pis xəbər: Taksi sürə bilməyəcəklər
Hazırda oxunan: Rusiyada yaşayan miqrantlara pis xəbər: Taksi sürə bilməyəcəklər
Hazırda oxunan: Rusiyada yaşayan miqrantlara pis xəbər: Taksi sürə bilməyəcəklər
646827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































