Səudiyyə Ərəbistanı yaxın günlərdə "Şərq – Qərb" neft kəmərinin işini bərpa etməzsə, dünya bazarı neft tədarükünün 4%-dən məhrum ola bilər.
Bizim.Media xəbər verir ki, neft kəmərinin fəaliyyəti cümə günü pilotsuz uçuş aparatlarının hücumlarından sonra dayandırılıb.
Bu kəmərlə Hörmüz boğazından yan keçməklə Səudiyyə Ərəbistanının şərqindən Qırmızı dənizdəki Yanbu limanına sutkada təxminən 4 milyon barrel neft nəql olunurdu.
Mənbələrin məlumatına görə, Yanbudakı neft ehtiyatları mövcud ixrac səviyyəsini saxlamaq üçün yalnız beş-yeddi günə çatacaq. Əlavə ehtiyatlar isə Misirin Eyn-Soxna və Sidi-Kerir limanlarında mövcuddur.
Neft kəmərinin bərpa müddəti hələlik məlum deyil. "Reuters"in mənbələrindən biri təmir işlərinin beş-altı həftə çəkə biləcəyini istisna etməyib, digəri isə vurmanın daha tez qismən bərpa olunmasını mümkün hesab edir.
Avqust ayında Səudiyyə Ərəbistanında neft hasilatı fevral ayındakı 10,9 milyon barreldən sutkada 6,2 milyon barrelə qədər azalıb.
Bizim.Media

































































































