Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə - VİDEO

Hazırda oxunan: Əməliyyatsız sinə böyütmək istəyənlərin diqqətinə - VİDEO

636421

Sosial şəbəkələrdə son vaxtlar qarşımıza çıxan yeni prosedurlardan biri də sinə dolğusudur.

Bizim.Media xəbər verir ki, kiçik süd vəzilərinə sahib qadınlara əməliyyata ehtiyac olmadan sinə həcminin artırılması təklif edilir.

Proseduru həyata keçirən kosmetoloqlar isə bunun qısa müddətdə nəticə verdiyini və gələcəkdə insan sağlamlığı üçün təhlükə yaratmadığını bildirirlər.

Prosesin diqqətçəkən digər məqamı isə Səhiyyə Nazirliyinin bir müddət əvvəl əhaliyə etdiyi müraciətdir. Belə ki, bəzi inyeksiya olunan estetik preparatların, o cümlədən dolğuların rəsmi qeydiyyat və keyfiyyət sənədləri olmadan istifadəsi qanunla qadağandır.

Belə maddələr ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Bu nə dərəcədə düzgün ola bilər? Qadının ən zərif yeri sinəsidir. Onu əvvəlcə yoxlatdırmalısan, mammoqrafiya etdirməlisən ki, daha sonra hansısa həkimə müraciət edə biləsən", - sakinlərdən biri deyib.

"Mən sinə dolğusuna pis baxıram. Dodaq nazikdirsə və ya burunda nəsə problem varsa, olar. Ancaq sinəyə dolğu etdirmək olmaz", - başqa bir sakin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin