“Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir” – Partiya sədrindən xəbərdarlıq

Hazırda oxunan: “Putin geopolitik güzəştlər qoparmaq məqsədi ilə gəlir” – Partiya sədrindən xəbərdarlıq

241216
Sərdar Cəlaloğlu: “Müxalifət də, iqtidar da vahid mövqedən çıxış etməlidir”

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri ölkəmizin siyasi çevrələrində ciddi müzakirələrə səbəb olmaqdadır.xa0

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu səfərin ölkəmizin maraqları baxımından yaxşı heç nə vəd etmədiyini vurğuladı:

“Putinin səfəri ölkəmizə yaxşı heç nə vəd etmir. Ruslar imperiya siyasətini davam etdirmək istəklərindən əl çəkməyiblər. Hesab edirəm ki, bu səfər də Azərbaycandan ciddi geopolitik güzəştlər qoparmaq məqsədi güdür. Bu gün Avropanın, ABŞ-ın diqqəti daha çox Suriya məsələsinə yönəlib. Odur ki, Putin fürsətdən istifadə edib ölkəmizdən daha çox güzəştlər qoparmağa cəhd edir. Bu məsələdə Azərbaycan müxalifəti də, iqtidarı da vahid mövqedən çıxış etməlidir. Azərbaycanın KTMT-ə daxil olmaması, rus qoşunlarının ölkəmizə gəlməməsi məsələsində yekdil rəy ifadə etməlidirlər. Dağlıq Qarabağınazad edilməsi məsələsində də heç bir mövqe ayrılığı olmamalıdır”.

Seymur ƏLİYEV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin