ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

Hazırda oxunan: ABŞ-dan rusiyalı diplomatlarla bağlı QADAĞA: Ölkəyə qoymadı...

610023

ABŞ 27 aprel – 8 may tarixlərində Nyu-Yorkda keçirilən BMT-nin İnformasiya Komitəsinin sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin üzvünə viza verməyib. 

Bizim.Media “Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib. Onun sözlərinə görə, viza sənədləri vaxtında təqdim edilib.
 

"Biz Amerika tərəfinin bu hərəkətini (və ya əslində hərəkətsizliyini) Ev Sahibi Dövlət Sazişi çərçivəsində öhdəliklərin kobud və sistematik şəkildə pozulması kimi qiymətləndiririk", - Nebenzya BMT İnformasiya Komitəsinin 48-ci sessiyasında bildirib. 


Rusiya XİN-in İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin sözlərinə görə, ABŞ daha bir rusiyalı diplomatın G20 sammiti ərəfəsində Bretton-Vuds institutlarının yaz görüşlərində iştirakına mane olub.

XİN-dən verilən məlumata görə, Rusiya nümayəndəsinin vizası olsa da, o, iştirakçı siyahısından çıxarılıb. Amerika tərəfi bunu "bütün razılaşdırma mərhələlərinin keçilməməsi" ilə izah edib.

Biriçevski əlavə edib ki, Rusiya ABŞ-a demarş (rəsmi etiraz) bildirib. "Bu, amerikalıların üzərlərinə qoyulmuş sədrlik funksiyalarını sona qədər dürüst yerinə yetirməyə qadir olmadıqlarını göstərən xoşagəlməz bir hadisə idi", — deyə o, Beynəlxalq Əməkdaşlıq və İnvestisiya Şurasının iclasında qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin