Əməkdar artist Dilarə Əliyeva efirdə kövrəlib.
Bizim.Media xəbər verir ki, sənətçinin qızı Banu “Söhbət var” verilişində qonaq olub.
Banu efirdə atasızlıqla bağlı monoloq səsləndirib. Aktrisanın qızının çıxışında “Məni atamın qəbrində basdırsınlar” kimi ifadələr yer alıb.
Bu zaman sənətçi göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, D. Əliyevanın həyat yoldaşı Oqtay Əliyev 3 il öncə vəfat edib.
Bizim.Media









































































































