Ukrayna Maliyyə Nazirliyi Avropa İttifaqından (Aİ) alınacaq 90 milyard avroluq vəsaitin qrafikini açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazirliyin məlumatına görə, Ukraynaya 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avro məbləğindəki Avropa maliyyə yardımı çərçivəsində ilk vəsaitlərin daxil olması artıq bu ilin may-iyun aylarında gözlənilir.
2026 və 2027-ci illərin hər birində Ukraynanın illik 45 milyard avro alacağı gözlənilir. Xüsusilə, 2026-cı ildə vəsaitlər aşağıdakı kimi bölüşdürüləcək:
• 16,7 milyard avro — sosial büdcə dəstəyinə;
• 28,3 milyard avro — müdafiə ehtiyaclarına yönəldiləcək.
Büdcə dəstəyi aşağıdakı strukturu nəzərdə tutur:
• 8,35 milyard avro — makromaliyyə yardımı şəklində;
• 8,35 milyard avro — "Ukraine Facility" mexanizmi vasitəsilə.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
20:25 / 28.04.2026
Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI
Hazırda oxunan: Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI
Hazırda oxunan: Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI
609985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































