Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

Hazırda oxunan: Sahibkarların dövlətə ödədikləri BU PUL geri qaytarılmayacaq

609967

Müvafiq icra hakimiyyəti orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair reyestrə daxil edilməsi üçün təqdim edilmiş məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə digər səlahiyyətli dövlət orqanları (qurumları) ilə məlumat mübadiləsini həyata keçirəcək.

Bizim.Media-nın məlumatına görə, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
 

Dəyişikliyə əsasən, əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatların reyestrə daxil edilməsi, həmçinin əqli mülkiyyət hüquqlarının qorunması müddətinin uzadılması barədə müraciət edilərkən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı ödəniləcək.


Eyni zamanda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatlar reyestrdən çıxarılarkən ödənilmiş gömrük yığımı qaytarılmayacaq. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin