İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

Hazırda oxunan: İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

609981

İtaliya Futbol Federasiyası daxilində xarici idarəetmənin tətbiqi ehtimalına görə İtaliya 2032-ci il Avropa Futbol Çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.

Əgər belə bir qərar qəbul edilərsə, İtaliya klubları Avrokubok turnirlərindən kənarlaşdırıla bilər.

Xarici idarəetmənin tətbiqi korrupsiya qalmaqalı fonunda baş verə bilər. Milan prokurorluğu Milli Hakimlik Komissiyasının rəhbəri Canluka Rokkiyə qarşı idman fırıldaqçılığı ittihamı irəli sürüb.
 

O, "İnter"ə sərf edən hakimləri təyin etməkdə şübhəli bilinir. Rokki artıq istefa verib, "İnter"i isə bir sıra titulların əlindən alınması və Seriya B-yə göndərilmə təhlükəsi gözləyir.


Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Seriya A-nın rəhbəri Ezio Simonelli ilə görüşü zamanı bildirib ki, siyasi müdaxilə sanksiyalara, o cümlədən ölkənin AVRO-2032-ni keçirmək hüququndan məhrum edilməsinə səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin