Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

Hazırda oxunan: Avtomobili alıb, rəsmiləşdirməyənlərin DİQQƏTİNƏ: Dövlət mülkiyyətinə keçəcək

609970

Gömrükdən keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
 

Belə ki, gömrük sərhədini keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.


Mövcud qanunvericiliyə görə, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin