Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

Hazırda oxunan: Kərə yağını əridək, ya əritməyək? - İllərin tərəddüdünə cavab tapıldı

609938

Azərbaycan xanımlarının əksəriyyəti yemək bişirərkən kərə yağına üstünlük verirlər. Uzun illərin təcrübəsinə əsasən mətbəxdə daha çox əridilmiş kərə yağından istifadə olunur. Amma bu, indiyədək müzakirə mövzusu olub. Çünki bəzi qida mütəxəssisləri kərə yağının əridilərkən keyfiyyətinin itirdiyini, hətta təhlükəli olduğunu israr edirlər.

Qida mütəxəssisi Fərid Səfərovun Bizim.Media-ya verdiyi məlumata görə, kərə yağı düzgün temperaturda əridilirsə, ziyanlı deyil, əksinə faydaları çoxdur.

Belə ki, daha asan həzm olunur, yüksək temperaturda daha təhlükəsizdir, faydalı yağ turşuları ilə zəngindir, A, D, E və K vitaminləri ilə zəngindir. Bundan başqa enerji verir və toxluq yaradır.

Yağ əgər orta temperaturda əridilirsə keyfiyyəti itmir, problem əritməkdə yox, həddindən artıq qızdırmaqdadır.

Bəs mağazalarda satılan hazır əridilmiş yağlar tövsiyə olunurmu?

F.Səfərov diqqətə çatdırdı ki, mağazalarda satılan əridilmiş yağlar əsasən iki cür olur. Təbii üsulla hazırlanmış (keyfiyyətli) və sənaye üsulu ilə, bəzən qarışıq (keyfiyyətsiz və ya orta səviyyə).

“Əgər məhsulun tərkibində yalnız kərə yağı göstərilirsə, trans yağ, bitki yağı, əlavə qatqı yoxdursa, həmçinin etibarlı istehsalçıya məxsusdursa almaq olar. Bəzi hazır məhsullarda bitki yağları ilə qarışdırılmalar da olur. Bunlar ehtiyatlı olmaq lazımdır. Çünki dad və rəng üçün əlavə qatqılarla zəngin olur”.

Mütəxəssis vurğuladı ki, hazır əridilmiş yağlar pis deyil, amma hər məhsul eyni olmur.

Ona görə də etiketi oxumaq şərtdir. Ən yaxşı seçim tərkibi təmiz olan və ya evdə hazırlanandır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin