ABŞ məhdudlaşdırıcı tədbirləri aşaraq İran vəsaitlərinin dövriyyəsini asanlaşdıran 17 şəxsə və 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslər İran hərbi rəhbərliyinə "qanunsuz neft satışından, raketlər və digər silahlar üçün həssas komponentlərin əldə edilməsindən vəsait əldə etmək üçün beynəlxalq maliyyə sisteminə çıxış" təmin edib.
ABŞ Maliyyə Naziri Bessent "qlobal ticarəti pozmaq" üçün istifadə edilən "İranın kölgə bank sistemi"nin mövcudluğunu açıqlayıb.
O, "bu sistemi asanlaşdıran və ya iştirak edən hər hansı bir qurumun ciddi nəticələrə məruz qalacağını" bildirib.
Sanksiyalar siyahısına İran, Honkonq və Böyük Britaniyada yerləşən şirkətlər daxildir.
Bizim.Media









































































































