Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Hazırda oxunan: Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

609994

Rusiyanın Yekaterinburq şəhərində, Ural Federal Universitetində baş verən qalmaqaldan sonra müəllimə Yuliya Volkova işdən çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə E1.ru məlumat yayıb.

Aprelin 28-də universitetdə etik komissiyanın iclası keçirilib.

"Komissiya üzvləri belə davranışın universitet əməkdaşı üçün yolverilməz olduğunu qeyd ediblər. Struktur bölmələrinin rəhbərlərinə vəziyyəti kollektivlə müzakirə etmək və komissiyanın mövqeyini bütün əməkdaşlara çatdırmaq tövsiyə olunacaq", - deyə universitetdən bildirilib.
 

Yuliya Volkova sosial şəbəkədə paylaşımının valideynlərə çatdırılmamasını xahiş etsə də, istifadəçilər bunu düzgün hesab etməyərək məlumatı uşağın valideynlərinə ötürüblər. Bundan sonra qızın anası prokurorluğa müraciət edib.


Qeyd edək ki, o, sosial şəbəkədə azərbaycanlı keçmiş tələbəsinin qızının fotosunu paylaşaraq "Belə gözəl insanlardan necə belə çirkin uşaqlar doğulur?" ifadəsini yazmışdı. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin