Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxması Yaxın Şərq ölkələri arasındakı parçalanmanı artıra və bazarda neft təklifinin çoxalmasına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazır.
Məqalədə qeyd olunur ki, əgər Əbu-Dabi artıq məhdudiyyətlərə tabe olmayaraq hasilatı artırmaq qərarına gəlsə, ortamüddətli perspektivdə bazarda daha çox neft təklifi imkanı yaranacaq.
Qəzet yazır ki, BƏƏ rəhbərliyinin bu qərarı qlobal enerji bazarındakı yeni şərtlərə reaksiya ilə bağlıdır.
İran və ABŞ arasındakı münaqişə şəraitində bəzi Körfəz ölkələri müstəqil hərəkət etmək qərarına gəliblər.
Qeyd edək ki, BƏƏ mayın 1-dən etibarən OPEC-dən çıxacağını elan edib. Ölkə rəhbərliyi "məsuliyyətlə hərəkət edəcəyinə" və hasilat həcmini "tədricən və ölçülü şəkildə" artıracağına söz verib.
Bizim.Media









































































































