Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

Hazırda oxunan: Bəhreyndə İrana casusluq edən 30 nəfərə hökm oxundu

609926

Bəhreyndə İranla əlaqəli ittihamlar üzrə 30 nəfərə həbs cəzası verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bəhreyn Dövlət Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, 5 nəfər, o cümlədən 2 Əfqanıstan vətəndaşı İran İslam İnqilabı Keşikçiləri Korpusunun xeyrinə casusluqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Daha 25 nəfər isə Bəhreyndə İranın “terror fəaliyyətlərini dəstəkləməkdə” ittiham olunaraq ayrı-ayrılıqda 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, bu qərar Yaxın Şərqdə gərginliyin artdığı və Bəhreynin İranla bağlı təhlükəsizlik tədbirlərini sərtləşdirdiyi dövrə təsadüf edir.

Qeyd edək ki, daha əvvəl Bəhreyn 69 nəfərin vətəndaşlığını İran hücumlarına dəstək ittihamı ilə ləğv etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin