Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

Hazırda oxunan: Dövlət Gömrük Komitəsinə yeni vəzifələr VERİLƏCƏK

609955

Gömrük orqanlarının vəzifələri artırılır.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin may ayının 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.

Layihəyə əsasən, 

- xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək, 
 

- Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış kartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazə blankları”nın (jurnallarının), habelə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu yoxlamaq, 


- səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə) yazılı, o cümlədən elektron formada təqdim etmək gömrük orqanlarının vəzifələrinə aid ediləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin