Radikal qruplaşmaların və beynəlxalq terror strukturlarının davam edən fəaliyyəti fonunda Rusiya Federasiyası ərazisində terror təhlükəsi riskləri artır.
Bizim.Media "Rossiya 24" telekanalına istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkədə 2026-cı ildə keçiriləcək seçkilərdə təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair müşavirə zamanı bəyan edib.
"Beynəlxalq terrorizm strukturları, radikal və ekstremist qruplaşmalar öz pozuculuq fəaliyyətlərini davam etdirirlər", - deyə Rusiya dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, məhz bu səbəbdən müşavirənin gündəliyinə antiterror sisteminin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kompleks məsələlər daxil edilib. Putin vurğulayıb ki, bu məsələlərə daim diqqət yetirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:52 / 28.04.2026
Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır
Hazırda oxunan: Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır
Hazırda oxunan: Putin narahatdır: Rusiyada terror təhlükəsi riskləri artır
610012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.








































































































