ABŞ-da benzin qiymətlərində REKORD

Hazırda oxunan: ABŞ-da benzin qiymətlərində REKORD

609942

ABŞ-da benzinin qiyməti son sutkada kəskin artaraq 2022-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Amerika Avtomobilçilər Assosiasiyasının məlumatlarında qeyd olunub.

Məlumata görə, ölkədə benzinin orta qiyməti bir sutka ərzində 1 qallon üçün 4,18 dollara yüksəlib. Bu isə təxminən 1 litr üçün 1,1 dollara bərabərdir.

CNN telekanalının məlumatına görə, benzinin qiyməti bir gün ərzində təxminən 6 sent artıb. Bu, son beş həftədə qeydə alınan ən böyük gündəlik bahalaşmadır.

Ən yüksək qiymət Kaliforniya ştatında qeydə alınıb. Burada 1 qallon benzinin qiyməti 5,96 dollara çatıb.
 

CNN xatırladır ki, aprelin əvvəlində İranla münaqişədə atəşkəs elan olunduqdan sonra ABŞ-da benzinin qiyməti iki həftə ərzində ucuzlaşmışdı. Lakin danışıqların dalana dirənməsi fonunda yanacaq yenidən bahalaşmağa başlayıb.


Neft fyuçerslərinin qiymətinin artması isə amerikalılar üçün benzinin daha da bahalaşa biləcəyini göstərir.

ABŞ-ın “Lipow Oil Associates” konsaltinq şirkətinin proqnozuna görə, ölkə üzrə benzinin orta qiyməti yaxın bir həftə və ya 10 gün ərzində 1 qallon üçün 4,30 dollara qədər yüksələ bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin