“Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

Hazırda oxunan: “Tək həyat yoldaşına sevgi” barədə kitab yazan keşiş ikiarvadlı çıxdı

609932

ABŞ-da həyat yoldaşına “Bibliya sevgisi” barədə kitab yazan keşiş ikiarvadlılıqda ittiham olunaraq həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə Florida ştatında qeydə alınıb.
 

“New York Post”un məlumatına görə, 62 yaşlı pastor Lesli Uilyams aprelin 22-də yaşlılar üçün nəzərdə tutulan The Villages qəsəbəsində saxlanılıb. O, Corciya ştatı hüquq-mühafizə orqanlarının orderi əsasında həbs edilib.


Keşişin birinci nikahının detalları açıqlanmayıb. Lakin 2025-ci ilin dekabrında o, sosial şəbəkə hesabında Sindi adlı qadınla evləndiyini elan edib və çoxsaylı təbriklər qəbul edib.

Uilyams 2017-ci ildə “Love Her Like This: Loving Her Has Never Been Deeper” adlı kitab yazıb.

Kitabda o, Bibliyadakı nikah anlayışına əsaslanaraq həyat yoldaşı ilə münasibətləri necə yaxşılaşdırmaq barədə məsləhətlər verib.

Məlumata görə, pastor The Villages qəsəbəsindəki yeganə kilsə icmasının yaradıcısı və rəhbəri olub. O, saytında dünyanın sonuna hazırlıq xidmətlərini də reklam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin