İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

Hazırda oxunan: İsrail ordusunun nəzarətinə keçən Əl-Xiyam şəhəri xarabalığa çevrildi – VİDEO

609925

Livanın cənubunda yerləşən Əl-Xiyam şəhərinin xarabalıqları ilə bağlı görüntülər yayılıb.

Bizim.Media xəbər verir ki, yayılan kadrlarda İsrail ordusunun nəzarətinə keçdiyi bildirilən şəhərdə böyük dağıntıların olduğu görünür.

Əl-Xiyam Livanın cənubunda, İsrail sərhədinə yaxın strateji yaşayış məntəqələrindən biri hesab olunur. Son həftələr bu bölgə İsrail ordusu ilə “Hizbullah” arasında intensiv döyüşlərin əsas istiqamətlərindən birinə çevrilib.

“The Associated Press”in məlumatına görə, İsrail ordusu Livanın cənubunda bir sıra yaşayış məntəqələrində genişmiqyaslı dağıntılar həyata keçirib.

İsrail tərəfi bu əməliyyatların “Hizbullah”ın hərbi obyektlərinə qarşı aparıldığını bildirir. Livan rəsmiləri isə yaşayış evlərinin və infrastrukturun dağıdılmasını pisləyirlər.
 

Anadolu Agentliyi də aprelin ortalarında İsrail ordusunun atəşkəsdən sonra Əl-Xiyamda iri miqyaslı partlayışlar həyata keçirdiyini yazıb. Livanın rəsmi NNA agentliyinə istinadən yayılan məlumatda şəhərdə “güclü detonasiya” qeydə alındığı bildirilib.


“L’Orient Today” nəşrinin məlumatına görə, İsrail qüvvələri həftələrlə davam edən döyüşlərdən sonra Əl-Xiyamın bir hissəsini nəzarətə götürüb. Nəşr şəhərdə evlərin və binaların sistemli şəkildə dağıdıldığını da qeyd edib.

Hazırda Livanın cənubunda vəziyyət gərgin olaraq qalır. İsrail ordusu bölgədə təhlükəsizlik zolağı yaratmağa çalışdığını bildirir, Livan tərəfi isə bunu ölkə ərazisinin işğalı və mülki infrastruktura qarşı dağıdıcı əməliyyat kimi qiymətləndirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin