67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

Hazırda oxunan: 67 yaşlı gözəllik müsabiqəsinin qalibi gənclik sirrini açıqladı

609929

Rusiyanın Arxangelsk vilayətindən olan 67 yaşlı Olqa Yadrixinskaya “Şimalın xanımı” gözəllik müsabiqəsinin qalibi olub və gənc qalmağın sirrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə 29.ru nəşrinə danışıb.

Yadrixinskayanın sözlərinə görə, gözəlliyinin əsas sirri yaxşı genetikadır. Bununla belə, o, xarici görünüşünə daim qulluq etdiyini bildirib.

Qadın formasını qorumaq üçün rəqslə məşğul olur, səhərlər isə üzünü buzla yuyur.

“Şimalın xanımı” titulunun sahibi gəncliyinin daha bir sirri kimi hamamı göstərib. “Hamamdan sonra elə bil yenicə yetişən alma yemisən”, - deyə o bildirib.

Yadrixinskaya daxili gözəlliyin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, insan başqalarına yaxşılıq etməli və daha çox gülümsəməlidir.

Qeyd edək ki, Olqa Yadrixinskaya “Miss və Missis Şimal” layihəsinə qədər heç vaxt gözəllik müsabiqələrində iştirak etməyib.

O bildirib ki, bu yarışma pandemiya dövrünə təsadüf edən çətin mərhələdən sonra ona yenidən həyat eşqi qazandırıb.

Hazırda Yadrixinskaya iyunun 5-də Moskvada keçiriləcək “Missis Rusiya” müsabiqəsinin finalına hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin