Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

Hazırda oxunan: Tramp: "Anam Kral III Çarlza aşıq idi" - VİDEO

609999

Aprelin 28-də ABŞ Prezidenti Donald Tramp Britaniya monarxı III Çarlzın ünvanına bir neçə dəfə zarafat edib və Böyük Britaniyanı "kiçik krallıq" kimi xarakterizə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “rnti.ru” yazır. 

Qeyd olunub ki, Ağ Evdə Britaniya kral ailəsinin təntənəli qarşılanma mərasimindəki çıxışının əvvəlində Tramp III Çarlzın ləhcəsi (aksenti) barədə də ironiya ilə danışıb.

"Siz hamını gözəl ləhcənizə həsəd aparmağa məcbur edəcək bir nitq söyləmək üçün Konqresə yollanacaqsınız", - deyə ABŞ prezidenti bildirib.
 

Daha sonra, ABŞ və Böyük Britaniya arasındakı tarixi münasibətlərdən bəhs edərkən, prezident krallığı "balaca" adlandırıb. O, həmçinin anasının gələcək krala, o zamanlar hələ Şahzadə Çarlz olan şəxsə aşiq olduğunu xatırladıb.


"Gənc Çarlza baxın, o çox sevimlidir. Mənim anam Çarlza aşiq idi, buna inana bilirsiniz?" — deyən Tramp gülüşə səbəb olub.

Tramp çıxışında Britaniya hakimiyyətinin ABŞ hərbçilərinin və İsrailin İrana qarşı əməliyyatlarına dəstək verməməsi ilə bağlı mövcud fikir ayrılıqlarına toxunmadan, Vaşinqton və London arasındakı möhkəm əlaqələrin uzun müddət qorunub saxlanacağına əminliyini ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin