Qaxda canavarlar qoyunları parçalayıb - FOTO

Hazırda oxunan: Qaxda canavarlar qoyunları parçalayıb - FOTO

609969

Hadisə bu gün Qaxın Meşəbaş kəndi yaxınlığındakı meşəlik-otlaqda baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini Elşən Omarov meşəlik ərazidə qardaşı Rövşənə Omarova məxsus qoyunları otararkən sürüyə müxtəlif istiqamətdən üç canavar hücum çəkib. 
 

Elşən və yanındakı yoldaşlar səs-haray salaraq canavarları qovmaq istəsələr də buna nail ola bilməyiblər. Ac canavarlar sürüyə anidən cumaraq iki baş qoyunu yerində məhv edib. Daha üç baş qoyunu isə boğaraq aparıblar. 


Təsərrüfat sahibinin sözlərinə görə ailəyə bu hadisə nəticəsində 1700 manata yaxın maddi zərər dəyib. 








Tural Rasimoğlu, Bizim.Media, Şial-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin