Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

Hazırda oxunan: Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolunun bərpasını müzakirə etdi – FOTO

609935

Türkiyənin Qars şəhərində Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə TRT Haber Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilib ki, görüş 2026-cı il aprelin 28-də Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində baş tutub.

İclas Qars-Gümrü dəmir yolunun bərpası və istismara verilməsi məqsədilə yaradılmış birgə işçi qrupunun fəaliyyəti çərçivəsində keçirilib.

Türkiyə XİN-in məlumatında qeyd olunub ki, tərəflər regional nəqliyyat əlaqələrinin inkişafı kontekstində Qars-Gümrü dəmir yolunun fəaliyyətinin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Qars-Gümrü dəmir yolu Türkiyə ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası baxımından mühüm marşrut hesab olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin