Hindistanda 50 yaşlı kişi mərhum bacısının öldüyünü sübut etmək üçün onun qalıqları ilə banka gedib.
Bizim.Media xəbər verir ki, bu barədə “India Today” jurnalı məlumat yayıb.
Hadisə bank hesabından pul çıxarmaq cəhdi zamanı baş verib. Kişi bacısının hesabında olan 20 min rupini, yəni təxminən 210 dolları götürmək istəyib.
Onun sözlərinə görə, banka bir neçə dəfə müraciət etsə də, əməkdaşlar hesab sahibinin şəxsən gətirilməsini tələb ediblər.
“Mən bir neçə dəfə banka getdim. Mənə dedilər ki, onun adından pul çıxarmaq üçün hesab sahibini gətirməliyəm. Mən izah edirdim ki, o ölüb, amma məni dinləmirdilər və onu banka gətirməyimi tələb edirdilər”, - deyə kişi bildirib.
O, çıxılmaz vəziyyətdə qaldığı üçün bacısının qəbrini qazdığını və onun skeletini çıxararaq banka apardığını deyib.
“Mən ümidsizlikdən qəbrini qazdım və ölümünü sübut etmək üçün onun skeletini çıxardım”, - deyə 50 yaşlı kişi əlavə edib.
Hadisə yerli ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 28.04.2026
Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO
Hazırda oxunan: Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO
Hazırda oxunan: Kişi qəbr qazdı, bacısının skeletini banka gətirdi - VİDEO
609949
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































