Ürək köçürüləndən bir il sonra ölən Rəşadın həkimi danışdı

Hazırda oxunan: Ürək köçürüləndən bir il sonra ölən Rəşadın həkimi danışdı

646354

“Bir il əvvəl ürək transplantasiyası eydiyimiz xəstələrdən birinin ölüm səbəbini  təəssüf ki, dəqiq müəyyənləşdirə bilmirik. Çünki autopsiya aparılmayıb və müvafiq nəticələr əlimizdə yoxdur”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin “Ürək Transplantasiyası Həftəsi” çərçivəsində təşkil etdiyi maarifləndirici seminarda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO


O bildirib ki, həmin xəstə hadisədən təxminən bir həftə əvvəl müayinədən keçmişdi. 

“Onun bütün tibbi göstəriciləri və müayinə nəticələri bizdə mövcuddur. Həmin nəticələrdə hər hansı kəskin dəyişiklik müşahidə olunmamışdı. Vəziyyəti də normal idi. Ona görə də qəfil ölümün səbəbi məlum deyil. Mən uzun illərdir bu sahədəyəm və yaxşı bilirəm ki, belə xəstələrdə erkən, orta və uzaq dövrlərdə müxtəlif problemlər yarana bilər. 

Ürək transplantasiyası əməliyyatının həyata keçirilməsi hər şeyin bitməsi demək deyil. Biz bu xəstələri əməliyyatdan sonra da yaşadıqları müddət ərzində, ömür boyu tibbi nəzarətdə saxlayırıq” – deyə vurğulayıb.  

Həkim əlavə edib ki, bu cür hallar bütün dünyada müşahidə olunur. Ürək transplantasiyasının uğurlu hesab olunması yalnız əməliyyatın texniki baxımdan problemsiz başa çatması ilə məhdudlaşmır:

“Bu proses bir neçə mühüm mərhələdən ibarətdir. İlk növbədə uyğun donorun tapılması, daha sonra transplantasiya əməliyyatının vaxtında və düzgün şəkildə həyata keçirilməsi, eləcə də əməliyyatdan sonrakı dövrdə xəstələrin sağlamlıq vəziyyətinin davamlı izlənilməsi xüsusi əhəmiyyət daşıyır”.
 

Xatırladaq ki, Azərbaycanda və bütövlükdə Qafqaz regionunda ilk dəfə meyit donordan ürək transplantasiyası olunan şəxs kimi tarixə düşən Rəşad Məmmədəliyevin əməliyyatı 31 oktyabr 2025-ci ildə Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə təşkilatçılığı ilə uğurla həyata keçirilmişdi. Bu il, 13 oktyabrda isə 21 yaşlı oğlan qəfil halı pisləşib və  xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.


Məlumat üçün bildirək ki, Almaniyadakı ilk ürək transplantasiya əməliyyatı keçirmiş 36 yaşında xəstə əməliyyatdan sadəcə 27 saat sonra vəfat etmişdi. Dünyadakı ilk transplantasiya isə Cənubi Afrikada 1967-ci ildə keçirilib və xəstə 18 saat sonra dünyasını dəyişib.  

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin