Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

Hazırda oxunan: Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO

644590

Cari il oktyabrın 27-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Görüşdə Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi, hüquq-mühafizə orqanlarının institusional potensialının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Baş prokuror Azərbaycan Respublikasının prokurorluq orqanlarının BMT-nin müvafiq strukturları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və birgə praktiki təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
 

Aleksandr Zuyev səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə BMT qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.


Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT-nin müvafiq strukturları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.

Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO - foto 1
Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO - foto 2
Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO - foto 3
Terrorçuluğa qarşı mübarizə: Azərbaycan BMT ilə əməkdaşlığı gücləndirir - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin