Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

Hazırda oxunan: Lavrovdan Qərbə İTTİHAM: “Dezinformasiya ilə ictimai rəyi saxlayırlar, siyasi mazoxistdirlər”- VİDEO

644589

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin ictimai rəyə təsir göstərmək üçün dezinformasiyadan istifadə etdiyini, lakin bunun çətinliklə başa gəldiyini bildirib.

Bizim.Media xəbər verir ki, Lavrov bu fikirləri Afrika mediasının rəhbərlərinə müsahibəsində səsləndirib.
 

Onun sözlərinə görə, Qərb hazırda Ukraynanın qələbəsi naminə hər şeyin qurban verilməli olduğu mövqeyini qorumağa çalışır.


Lavrov Almaniya kansleri Fridrix Mertsin də bu yaxınlarda oxşar mövqe sərgilədiyini iddia edib.

“Bu yaxınlarda, o cümlədən kansler Merts belə deyib: “Bizim üçün əsas Almaniya, Avropa İttifaqı, NATO, ABŞ və ya Çin deyil, əsas Rusiyaya qalib gəlməkdir”. İstəsəniz, bunları siyasi mazoxistlər adlandırmaq olar”, – deyə Rusiya XİN rəhbəri bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin