Gəncədə 40 minə yaxın sakin qazsız qaldı

Hazırda oxunan: Gəncədə 40 minə yaxın sakin qazsız qaldı

636367

Gəncədə 35-40 min abonentin qaz təchizatında fasilə yaranıb.

Bizim.Media xəbər verir ki, fasiləyə səbəb ötən axşam Gəncə-Bakı magistral yolunun tunel hissəsində baş verən qəza olub.

Belə ki, ərazidən keçən irihəcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Yanğın zamanı 215 millimetr diametrli ortatəzyiqli qaz xətti zədələnib.

Gəncə Regional Qaz İstismarı İdarəsinin Gəncə xidmət sahəsinin rəis müavini Samin Hacıyevin sözlərinə görə, hadisədən dərhal sonra əraziyə qurumun əməkdaşları və xüsusi texnikaları cəlb olunub.

Onun sözlərinə görə, hazırda qaz xəttində təxirəsalınmaz təmir-bərpa işləri aparılır:

"Hazırda əməkdaşlarımız və xüsusi texnikalar hadisə yerindədir. Təmir-bərpa işləri davam etdirilir. Yanğın ərazidən keçən ir həcmli elektrik xəttində yaranan qısaqapanma nəticəsində baş verib. Nəticədə qaz xətti zədələnib və ani alışma meydana gəlib. Hazırda mütəxəssislər tərəfindən təmir işləri aparılır."

Qeyd edək ki, hazırda şəhərin bir hissəsində qaz təchizatı dayandırılıb. Samin Hacıyev əlavə edib ki, işlərin günorta saatlarında yekunlaşdırılması və qaz təchizatının bərpa olunması gözlənilir. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin