Peskov Putinin bu sözlərinə aydınlıq gətirdi

Hazırda oxunan: Peskov Putinin bu sözlərinə aydınlıq gətirdi

636353

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya Qərb qoşunlarının mümkün göndərilməsindən danışarkən belə bir addımın nəticələri barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bunu sentyabrın 13-də “İzvestiya”nın müxbiri Viktor Sineoka açıqlamasında bildirib.

“O, ümumilikdə yol verilən və yol verilə biləcək səhvlərdən danışırdı. Bu isə avropalıları hansısa siyasi alternativ barədə düşünməyə vadar edir”, – Peskov deyib.
 

Putin sentyabrın 11-də Ukrayna ərazisinə Avropa hərbi kontingentlərinin göndərilməsinin Rusiya Federasiyasına müharibə elan edilməsi anlamına gələcəyini bildirib. Rusiya lideri bununla yanaşı, Avropa ölkələrinin sakinlərinin baş verənləri dərk etdiyini qeyd edib.


Rusiya Prezidenti həmin gün daha əvvəl də bildirib ki, Rusiyanın Avropa ilə münaqişə üçün heç bir əsası yoxdur və İkinci Dünya müharibəsinin nəticələrinə əsasən bütün məsələlər artıq həll olunub.

Putinin sözlərinə görə, Avropa liderləri hazırda öz ölkələrini Rusiya ilə qarşıdurmaya sürükləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin