Trampın kürəkəni Moskva və Kiyev səfərlərinin nəticələrini açıqladı

Hazırda oxunan: Trampın kürəkəni Moskva və Kiyev səfərlərinin nəticələrini açıqladı

636349

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner amerikalı liderin xüsusi nümayəndəsi Stiven Uitkoffla birlikdə Moskva və Kiyevə səfərlərini çox uğurlu adlandırıb.

Bizim.Media xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən Yalta Avropa Strategiyası (YES) konfransında çıxışı zamanı deyib.

“Düşünürəm ki, bu, bizim üçün çox mühüm səfər idi. Biz uzun müddətdir bu səfəri həyata keçirməkdən danışırdıq. Mən deyərdim ki, bu, çox uğurlu səfər oldu”, – Kuşner bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi artıq “növbəti addımların nədən ibarət olacağı” barədə təsəvvürə malikdir.

“Hər iki tərəfdən ən son məlumatları əldə etmək imkanının olması çox-çox vacib idi”, – o əlavə edib.

Kuşner qeyd edib ki, ABŞ tərəfi münaqişənin nizamlanması istiqamətində irəliləyişə imkan verəcək yolun tapılmasına sadiqdir:

“ABŞ Prezidenti Donald Tramp, Stiven Uitkoff və mən buna çalışıram”.

Kuşner bildirib ki, gördüklərinə əsasən, Ukrayna Prezidenti Vladimir Zelenski də münaqişənin nizamlanmasında maraqlıdır: “Rusiya Prezidenti Vladimir Putin də eyni mövqedədir”.

Kuşnerin sözlərinə görə, indi prosesin bütün iştirakçılarını qane edəcək və irəliləməyə imkan verəcək “düzgün formula” tapılmalıdır.

ABŞ prezidentinin kürəkəni vurğulayıb ki, sülh və digər siyasi razılaşmaların əldə olunmasında iki mühüm məqam var: razılaşmanın hazırlanması üçün hərtərəfli iş aparmaqla yanaşı, onu imzalamaq üçün əlverişli məqamdan da düzgün istifadə etmək lazımdır.

O əlavə edib ki, səfərlər zamanı üçtərəfli formatda müzakirə oluna biləcək yeni ideyalar ortaya çıxıb.

“Biz bunu təşkil etməyə çalışırıq... Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində növbəti addımların nədən ibarət olacağını açıqlaya biləcəyik. Ümid edirəm ki, bu, bizi irəli aparacaq”, – Kuşner bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin