Sabah İran xarici işlər naziri Abbas Əraqçi və regionun ərəb ölkələrinin xarici işlər nazirləri Omanın paytaxtı Maskatda görüşərək Hörmüz boğazından keçid və gəmiçilik üçün çərçivə razılaşmasına nail olacaq.
Bizim.Media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu “India Today”-a müsahibəsində bildirib.
Məsud Pezeşkian region ölkələrini sülh və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığa çağırıb.
Hörmüz boğazı, gəmiçilik və enerji təchizatı ilə bağlı narahatlıqlar barədə suala cavabında Məsud Pezeşkian bildirib ki, İran artıq Omanla danışıqlar aparıb və gəmiçiliyin həyata keçirilməsi üçün konkret çərçivə ilə bağlı anlaşma əldə edib:
“Regionun ərəb ölkələrinin xarici işlər nazirləri bazar ertəsi Omanda görüşərək Hörmüz marşrutu ilə bağlı razılığa gələcək və əldə olunan razılaşma barədə beynəlxalq dənizçilik təşkilatına məlumat verəcəklər.
Bu çərçivə daxilində ABŞ hücumlarını dayandırdığı təqdirdə, marşrut beynəlxalq hüquqa uyğun olaraq açıq olacaq. İran regional təhlükəsizliyi qorumaq və iqtisadi əlaqələri genişləndirmək üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır".
Bizim.Media

































































































