İnsan tərəfindən idarə olunmayan süni intellekt yaranacaq?

Hazırda oxunan: İnsan tərəfindən idarə olunmayan süni intellekt yaranacaq?

636355

OpenAI şirkətinin baş direktoru Sem Altman insan nəzarətindən kənar süni intellektin meydana çıxa biləcəyini istisna etməyib, lakin bununla məşğul olmağın yolverilməz olduğunu vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
 

Altmanın sözlərinə görə, ABŞ-ın aparıcı süni intellekt şirkətlərinin rəhbərləri texnologiyanın inkişaf templərinin tənzimlənməsi ilə bağlı qarşılıqlı razılığa gələ bilərlər və belə müzakirələr artıq qapalı şəkildə aparılır.


Qeyd edək ki, bundan əvvəl Anthropic şirkətinin rəhbəri Dario Amodeinin ən güclü modellərin hazırlanmasının koordinasiyalı şəkildə ləngidilməsi təklifi Sem Altman və amerikalı sahibkar İlon Mask tərəfindən də dəstəklənmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin