Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

Hazırda oxunan: Aşan bərədə ölənlərin sayı azı 6-ya çatdı - 130 nəfər itkin düşüb

636397

İndoneziya sahilləri yaxınlığında, Yava dənizində "Virgo Transport 8" bərəsinin burulğana düşərək aşması nəticəsində altı nəfər həlak olub, daha 130 nəfər isə itkin düşüb.

Bizim.Media xəbər verir ki, "AFP" agentliyinin məlumatına görə, xilasedicilər 107 nəfəri taparaq təxliyə edə biliblər.

Yava adasından Borneo adasına hərəkət edən bərənin göyərtəsində 243 nəfər – 213 sərnişin və 30 ekipaj üzvü olub. Yavanın şərqindəki Surabayadan yola çıxan bərə bazar günü yerli vaxtla təxminən saat 02:00-da gəmiçilik şirkəti ilə əlaqəni kəsib.
 

İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandhi bildirib ki, bərə aşıb, lakin sonuncu müşahidə zamanı hələ batmayıb. Onun sözlərinə görə, yerli vaxtla saat 15:00 radələrində xilasedicilər bərənin suda çevrilmiş vəziyyətdə olduğunu görüblər.


Xilasetmə əməliyyatı çətin hava şəraiti səbəbindən mürəkkəbləşir. Sudyananın sözlərinə görə, dalğaların hündürlüyü 2,5 metrə çatıb ki, bu da hətta xilasetmə gəmiləri üçün də ciddi təhlükə yaradır. Əməliyyata "Basarnas"ın helikopteri də cəlb olunub.

Bərənin son olduğu yer təyinat məntəqəsindən təxminən 150 kilometr aralıda, Yava dənizində müəyyən edilib. Bərə həmçinin avtomobillər daşıyırmış.

Bancarmasin limanında tibb işçilərinin və təcili yardım maşınlarının olduğu əməliyyat qərargahı yaradılıb. Sərnişinlərin qohumları xilasetmə əməliyyatının idarəetmə məntəqəsinə toplaşaraq xilas edilənlərin siyahılarını izləyirlər.

17 mindən çox adadan ibarət olan İndoneziya dəniz nəqliyyatından güclü şəkildə asılıdır. Xüsusilə çətin hava şəraiti və təhlükəsizlik normalarına əməl olunmasındakı problemlər ucbatından burada gəmi qəzaları müntəzəm olaraq baş verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin